Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətində Rusiya Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilmişdir.

28 noyabr 2013 | 16:00

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Rayon rəhbərliyi ilə keçirilən görüşdə Həştərxan və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu vurğulamışdır.

Keçidlər