Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

18 iyun 2012 | 15:00

İyunun 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından daxil olmuş 34,3 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən gətirilmiş 10 min ədəd yumurta satılıb qurtarmışdır.
Daha çox meyvə mövsümü olduğundan alıcılar ərik, gilas, alça və digər məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirdilər. Bununla yanaşı, paytaxt sakinləri həmişə olduğu kimi, budəfəki yarmarkada da ət, süd məhsulları, yumurta, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur və s. kənd nemətlərini həvəslə alırdılar. Alıcılar digər məhsullarla yanası, yay mövsümündə daha çox tələbat duyulan göyərtinin və ağartı məhsullarının da təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-35 faiz ucuz qiymətə təklif olunmasından razılıq edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
 

Keçidlər