Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon məktəbliləri Heydər Əliyev Mərkəzində təşkil edilən “Kosmosa səyahət” sərgisində iştirak etmişlər

01 dekabr 2013 | 16:00

30 noyabr 2013-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri Heydər Əliyev Mərkəzində təşkil edilən “Kosmosa səyahət”  sərgisində iştirak etmişlər.
“Kosmosa səyahət”  sərgisində fəzanın fəth tarixini - insanların ta qədimlərdən səma barədə xəyallarını, kosmosla yarım əsrlik tanışlıq müddətindəki yeniliklərlər ilə tanış olmuşlar.
Sərgidəki 6 fərqli simulyator vasitəsi ilə izləyicilər özlərini qısa müddətdə də olsa “fəza”da kosmonavt kimi hiss edə bilirlər.
İlk dəfə nümayiş olunan eksponatlarla yanaşı, sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da öz əksini tapmışdır. Şagirdlər burada Azərbaycanın ilk süni peykinə dair məlumatlar, maketlər barədə məlumat əldə etmişlər.
  Qeyd edək ki, ABŞ-ın Kosmik və Raket Mərkəzinin təqdimatında Avropanın bir neçə ölkəsində sərgilər təşkil olunub və onları 1,5 milyondan artıq ziyarətçi izləyib. Bakıda, Heydər Əliyev Mərkəzində  keçiriləcək sərgi isə bir çox eksponatların ilk dəfə nümayiş olunması ilə yadda qalacaq. 2014-cü il fevralın 23-dək davam edəcək sərgi Bakıdan sonra Paris, Brüssel, Amsterdam, Milan və digər şəhərlərdə də keçiriləcək.
  Qeyd edək ki, “Kosmosa səyahət” sərgisi Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil olunub. İnformasiya texnologiyaları istiqamətində nailiyyətləri dəstəkləyən və bu sahəyə töhfə verən sərgi kosmonavtika üzrə maarifləndirmə, Azərbaycanın İKT sahəsinin inkişafına və geniş tətbiqinə yönəlmiş strategiyasının yayılması məqsədi daşıyır.

Keçidlər