Nərimanov royununda Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətində Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Babək Hüseynov, rayon ərazisində yaşayan əlillər iştirak etmişdir.
3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında Beynəlxalq Əlillər Gününün qeyd olunması ilə əlaqədar qərar qəbul edilmişdir. Hər il bu tarixdə BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.
Hər il keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilib.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq əlillər günü Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.
Tədbirdə çıxış edənlər vurğulamışlar ki, Azərbaycan hökuməti tərəfindən ayrı-ayrı vaxtlarda əlillərin sosial müdafiəsi ilə bağlı müxtəlif tədbirlərin və layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul edilmişdir. Prezident cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim nəzarətdə saxladığı bu layihələrdə başlıca məqsəd ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir. Rayon ərazisində yaşayan 8500-ə yaxın əlil daim ölkə rəhbərinin onlara göstərdiyi diqqət və qayğını öz üzərilərində hiss edirlər.
Yekunda Nərimanov rayonunun sakinləri olan əlillərə ərzaq yardımları paylanmışdır.