Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunun stolüstü tennis üzrə komandasi Bakı şəhər çempionu olmuşdur.

07 dekabr 2013 | 16:00

6 dekabr 2013-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən 258 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarışın final oyunları keçirilmişdir. Yarışda 10 rayon komandası tərkibində 50 nəfər (onlardan 20 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin komandası, II yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonu 273 nömrəli tam orta məktəbin komandası, IV yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, V yeri Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin komandası, VI yeri Xətai rayonu Heydər Əliyev adına Liseyin komandası, VII yeri Yasamal rayonu akademik Zərifə Əliyeva adlna liseyin komandası, VIII yeri Xəzər rayonu 136 nömrəli tam orta məktəbin komandası, IX yeri Binəqədi rayonu 267 nömrəli tam orta məktəbin komandası, X yeri Səbail rayonu 189 nömrəli tam orta məktəbin komandası tutmuşlar. Nəsimi rayonu yarışlarda iştirak etməmişdir.
  Yarışın bağlanış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Kəsəmənli Məmmədəli, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı, XXVI spartakiadanın baş katibi Sultanova Valentina, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Novruzov Nəcəf, 258 nömrəli tam orta məktəbin direktoru Hüseynova Sədaqət və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
  XXVI spartakiadanın dama, şahmat və stolüstü tennis növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 8 xalla I yeri, Qaradağ rayonu 10 xalla II yeri, Nizami rayonu 12 xalla III yeri, Suraxanı rayonu 13 xalla IV yeri, Sabunçu rayonu 15 xalla V yeri, Səbail rayonu 17 xalla VI yeri, Xəzər rayonu 18 xalla VII yeri, Xətai rayonu 22 xalla VIII yeri, Yasamal rayonu 24 xalla IX yeri, Binəqədi rayonu 32 xalla X yeri və Nəsimi rayonu 38 xalla XI yeri tutur.

Keçidlər