Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunun ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.

10 dekabr 2013 | 16:00

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, rayon ərazisində yerləşən idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət etmişdirlər. Nərimanov Rayon İcra Hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatı birgə təşəbbüsü ilə gerçəkləşən ekskursiyanın iştirakçılarına Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılmış Heydər Əliyev Muzeyi haqqında məlumat verilmişdir. Bildirildi ki, Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanıb.
Ziyarətçilər Ümummilli lider Heydər Əliyev barəsində media-arxivlə tanış olmuşdurlar. Qeyd olundu ki, burada Ümummilli lider Heydər Əliyevlə bağlı foto və video materiallar təqdim edilir. Bu materiallar Ulu öndərin siyasi fəaliyyəti ilə yaxından tanış olmaq, Heydər Əliyev irsinin gələcək nəsillər tərəfindən araşdırılması üçün geniş imkanlar verir.
İştirakçılar Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Daha sonra görkəmli siyasi xadimin fəaliyyətini əks etdirən məqamlara dair məlumatlarla tanış olublar.
Ziyarətçilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Keçidlər