Nərimanov Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Müəllimlər İnstitutunun rayon filiallarının tələbə-gənclər təşkilatlarının sədr və sədr müavinləri ilə görüş keçirilmişdir.
Azərbaycan Müəllimlər İnstitutunda 9-12 dekabr 2013-cü il tarixlərində “Yeni təhsil Tələbə-Müəllimlərin Düşərgəsi” adlı layihə həyata keçirilir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatı ilə birgə Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinə təqdim olunan “Yeni təhsil” Tələbə-Müəllimlərin Düşərgəsi” adlı layihəsi qalib olmuşdur.
Bu layihə çərçivəsində 09 dekabr 2013-cü il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında Azərbaycan Müəllimlər İnstitutunun rayon filiallarının tələbə-gənclər təşkilatlarının sədr və sədr müavinləri ilə görüş keçirilmişdir. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Rəşad Sadıqov, Azərbaycan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Nərmin Ərəbli iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov “Yeni təhsil Tələbə-Müəllimlərin Düşərgəsi” adlı layihənin bütün iştirakçılarını salamlayaraq, III qrant müsabiqəsinin qalib olması münasibəti ilə təbrik etdi, onlara təhsillərində uğurlar və yeni-yeni qələbələr arzulamış, həmçinin idarə tərəfindən keçirilən tədbirlər haqqında məlumat vermişdir.
Sonra görüş gənclərin suallarının cavablandırılması ilə davam etmiş və gənclər Nərimanov Rayon Gənclər və İdman İdarəsindən xoş təəssüratla ayrılmışlar.