Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan verilmişdir.
Ümummilli Lider Heydər Əliyevin vəfatından on il ötür.
Bu gün bütün ölkə ərazisində Ulu Öndərin xatirəsi ehtiramla yad edilir.
Respublikanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderin ölümsüzlüyə qovuşması ötən illər ərzində şəxsiyyət kimi böyüklüyünü, siyasətçi kimi dahiliyini, vətəndaş kimi xalqı üçün nə qədər əziyyətlərə, yuxusuz gecələrə qatlaşdığını bir daha anlamaq və dərk etmək üçün kifayətdir.
Nərimanov rayonu ərazisində də təhsil, səhiyyə ocaqlarında, idarə və təşkilatlarda Ulu Öndər Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi tədbirlər keçirilmişdir.
Həmçinin rayon ərazisində, bir neçə yerdə Nərimanov Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Ümummilli Liderin xatirəsini anmaq məqsədilə ehsan süfrələri açılmışdır.