Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və vilayətin qubernatoru Aleksandr Jilkin arasında görüş olmuşdur

21 dekabr 2013 | 16:00

Dekabrın 20-də Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin arasında görüş olmuşdur.
Qubernator Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqətə görə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda böyük layihələr həyata keçirilmişdir. A. Jilkin demişdir: “Bu gün də Heydər Əliyev Fondunun dəstəyi ilə təntənəli tədbirlər həyata keçiriləcəkdir”.
  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qubernator Aleksandr Jilkinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd etmişdir ki, Heydər Əliyev Fondu Həştərxanda bir sıra layihələr həyata keçirmişdir, bu gün knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçiriləcəkdir.
  Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, habelə Həştərxan vilayətindəki Azərbaycan diasporunun rəhbərləri iştirak etmişlər.

Keçidlər