Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

23 yanvar 2014 | 16:00

22 yanvar 2014-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nurəddin Abbasov hesabatla çıxış edərək qeyd etmişdir ki, Bakı şəhərində müasir infrastrukturun yaradılması, burada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, paytaxtda müsbət dəyişikliklər davam edir, şəhərimizin siması günü-gündən gözəlləşir və müasirləşir.
Bu dəyişikliklər Nərimanov rayonunda bütün sahələr üzrə öz əksini tapmış, son illər ərzində bir sıra əhəmiyyətli işlər, geniş miqyaslı abadlıq-quruculuq işləri və irimiqyaslı layihələr həyata keçirilmişdir.
“Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 02 noyabr 2012-ci il tarixli qanununa və Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 06 dekabr 2012-ci il tarixli sərəncamına əsasən Nərimanov Rayon inzibati ərazi vahidi tərkibində 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri yaradılmışdır. Bu nümayəndəliklər fəaliyyətini Rayon İcra Hakimiyəti başçısı tərəfindən təsdiq edilmiş iş planı əsasında təşkil edir.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 18272, əhalinin sayı isə 70224 nəfərdir.
Nümayəndəlikdə qanuna uyğun olaraq vətəndaşların qəbulu, onların ərizə, şikayət və təkliflərinə baxılması, lazımi tədbirlərin görülməsi, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar verməsi, digər vəzifə və səlahiyyətlər hayata keçirilir.
Daha sonra yığıncaqda çıxış edən sakinlər hesabatla bağlı təklif və fikirlərini bildirmiş, müzakirələr apaılmışdır.

Keçidlər