Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

25 yanvar 2014 | 16:00

24 yanvar 2014-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Natiq Babayev yığıncaqda hesabatla çıxış edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 02 noyabr 2012-ci il tarixli, 458-İUQ nömrəli  qanununa və Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 06 dekabr 2012-ci il tarixli, 472 nömrəli sərəncamına əsasən Nərimanov Rayon inzibati ərazi vahidi tərkibində 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri yaradılmışdır. Rayon İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi fəaliyyətini Rayon İcra Hakimiyəti başçısı tərəfindən təsdiq edilmiş perspektiv iş planı əsasında təşkil edir.
N.Babayev vurğulamışdır ki, nümayəndəliyin əsas vəzifəsi İcra Hakimiyyəti Başçısının tapşırıqlarını yerinə yetirmək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək İcra Hakimiyyəti Başçısına təkliflər vermək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrətəsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayanşəxslərin siyahısını aparmaq, AR-ın Seçki Məcəlləsininmüvafiq maddələrinə uyğun olaraq, daimi seçki siyahılarına daxil edilmək üçünərazidə aktiv seçici hüququna malik olan seçicilər haqqında məlumatları icra başçısına təqdim etmək, seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair İHB-na təkliflər vermək, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” AR-ın Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq,lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək,ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətinitəsdiq edən arayışlar vermək, digər vəzifə və səlahiyyətləri həyata keçirməkdən ibarətdir.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin sahəsi 12.25 kv.km, əhalisi isə 29615 nəfərdir. Ərazidə olan yaşayış evləri və çoxmənalı yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 6571-dir.
N.Babayev 2013-cü il ərzində əhalinin sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülmüş işlər barəsində yığıncaq iştirakçılarına məlumat vermişdir. O, həmçinin qeyd etmişdir ki, ərazidə yaçayan sakinləri narahat edən problemlər öyrənilir, qeydə alınır, onların həlli istiqmətində Rayon İcra Hakimiyyətinin başçısına müvafiq təkliflər hazırlanır və Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev tərəfində qarşıya qoyulmuş vəzifələrin vaxtında və hərtərəfli icrasına nail olmaq üçün konkret işlər görülür.
Yığıncaqda Qarabağ Müharibəsi,Əlilləri,Vetranları və Şəhid Ailələri İB-nin rayon şöbəsinin sədri Yusifov İrşad, 18 saylı Nərimanov-Nizami Dairə Seçki Komissiyasının sədri Muradov İslam, 73 nömrəli tam orta məktəbin direktoru İbrahimova Şölə, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Baş idarəsinin sədri Abdullayev Səmyar, sakinlər Quliyev Yədulla və Dadaşov Damət çıxış etmişlər. Çıxış edən sakinlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirmiş, onları narahat edən mövzular ətrafında müzakirələr aparılmışdır.

Keçidlər