Kəskin hava şəraiti ilə əlaqədar paytaxtda səyyar sığınacaqlar təşkil olunmuşdur.
Bakıda qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin Nərimanov rayonunda səyyar sığınacaqlar təşkil olunmuşdur.
Sığınacaqlarda yaşayış yerinə getməkdə, o cümlədən rayondan Bakıya gələrək yenidən rayona qayıtmaqda çətinlik çəkənlər, açıq havada iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar, yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar.
Sığınacaqlar aşağıdakı ünvanlarda təşkil olunmuşdur:
1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11;
2. Nəsimi rayonu, Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi 69;
3. Nizami rayonu, "Xalqlar Dostluğu" metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118;
4. Xətai rayonu, Bakı kinoteatrının qarşısı, Sarayev küçəsi 20;
5. Yasamal rayonu, Xiyabani küçəsi 211.
Paytaxtda təşkil olunmuş səyyar sığınacaqlara gələn insanlara göstərilən xidmətin vəziyyəti diqqət mərkəzində saxlanılır.
Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.