Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin XXVI spartakiadasının proqramına daxil olan oğlanlar arasında basketbol üzrə Nərimanov rayon birinciliyi keçirilmişdir.

04 fevral 2014 | 16:00

 03 fevral 2014-cü il tarixdə 45 saylı tam orta məktəbdə Nərimanov rayon məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan oğlanlar arasında basketbol üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda rayonun 15 məktəb komandası tərkibində 180 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 45 saylı məktəbin komandası, II yerə 82 saylı məktəbin komandası, III yerə isə 304 saylı məktəb-liseyin komandası layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında spartakiadanın şəhər üzrə final mərhələsinə vəsiqə qazanmışdır.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlarlа, medal və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər