Ziya Məmmədiyyə oğlu Yusifzadə 85 illik yubileyi münasibəti ilə Nərimanov rayonu ictimaiyyətinin adından təbrik edilmişdir.
16 fevral 2014 | 16:00
15 fevral 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Məmmədiyyə oğlu Yusifzadənin 85 illik yubileyi münasibəti ilə onun yaşadığı mənzilə gələrək Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin adından yubilyarı təbrik etmiş, ona uzun ömür, möhkəm can sağlığı arzulamışlar.
Ziya Yusifzadə ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir.