82 saylı tam orta məktəbdə şəhid Əşrəf Əliyevin xatirəsi anılmışdır.
17 fevral 2014-cü il tarixdə 82 saylı tam orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 1994-cü ildə Kəlbəcərdə şəhid olmuş Əşrəf Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir.
Sonra məktəbin direktoru Vaqif Mehdiyev məktəbin məzunu olmuş şəhid Əşrəf Əliyev haqqında danışmışdır. Bildirilmişdir ki, 82 nömrəli məktəbin doqquz məzunu torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxışında şəhidlərimiz unudulmamasını, onların xatirəsi hər zaman yad edilməsini, belə tədbirlərin rayonun bir neçə məktəblərində keçirilməsi və Əşrəf Əliyevin xatirəsinə həsr edilmiş idman yarışının təşkili nəzərdə tutulduğunu vurğulamışdır.
Tədbirin sonunda şəhid Əşrəf Əliyevlə bağlı məktəbin 9-cu sinif şagirdlərinin hazırladıqları əbədi-bədii kompozisiya və videoçarx nümayiş olunmuşdur.