Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda şəhid Arif Vəliyevin xatirəsi yad edilmişdir.

18 fevral 2014 | 16:00

17 fevral 2013-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhid Arif Vəliyevin təhsil aldığı 258 nömrəli tam orta məktəbdə anım mərasimi təşkil edilmişdir.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və şagirdlərin iştirak etdikləri tədbirlərdə əvvəlcə doğma Vətən yolunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi anılmışdır.
Tədbirdə çıxış edən Nərimanov Rayton İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bu qəbildən olan tədbirlərin Vətənin rifahı, ölkənin müstəqilliyi, xalqın xoşbəxtliyi naminə canını qurban vermiş Vətən övladlarının ölməz  ruhuna olan dərin ehtiram kimi qiymətləndirərək onların qəhrəmanlıqla zəngin həyat və döyüş yolundan danışmış, bunun indiki gənclərə böyük bir örnək oduğunu, həmçinin keçmişimizin qəhrəmanlıq səhifələrinin Vətənimizin yeni müdafiəçilər nəslini ruhlandıran ən mühüm amil olduğunu xüsusi qeyd etmişdir.
Şəhid Arif Vəliyevin doğmaları, döyüş yoldaşları onların əziz xatirəsinin əbədiləşdirilməsinə, eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, eyni zamanda, dövlətimizin başçısının apardığı ardıcıl və məqsədyönlü siyasətinin torpaqlarımızın işğaldan azad edilməsinə yönəldiyini diqqətə çatdıraraq, Qarabağın tezliklə qaytarılacağına əminliklərini ifadə etmişlər.
Rəsmi hissədən sonra tədbirlər bədii hissə ilə davam etdirilmiş, məktəblilərin ifasında doğma Vətənə, torpağa, qəhrəmanlığa həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Keçidlər