Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Nərimanov rayonu əhalisinin tibbi müayinəsi keçirilmişdir.

21 fevral 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə cari ilin fevralın 17-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində 20 fevral 2014-cü il tarixdə Nərimanov rayonunda yerləşən 8 nömrəli şəhər poliklinikasında rayon əhalisinin tibbi müayinəsi keçirilmişdir. Vətəndaşların tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün poliklinika ən müasir avadanlıqlarla təchiz olunmuşdur
Aksiyada iştirak edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Rayonda yerləşən bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. İ.Mahmudova qeyd etmişdir ki, Rayon İcra Hakimiyyəti qarşısında duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov vurğulamışdır ki, aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüşdür. O, həmçinin qeyd etmişdir ki,  xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Aksiyada müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbiri yüksək qiymətləndirmişlər.
İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Nərimanov rayon əhalisi və rayonun səhiyyə işçiləri Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər