Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın qərarına əsasən Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş gənclərə təqaüd təyin olunmuşdur.

26 fevral 2014 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətində bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasimdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri rayonun ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri və nəhayət, Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gənc iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın qərarına əsasən Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncə cari ilin sonunadək hər ay 100 manat məbləğində təqaüd veriləcəkdir.

Keçidlər