Şriftin ölçüsü :

Saytın rəngi :

Qazi Hacı Mirəziz Seyidzadə 65 illik yubileyi münasibəti ilə Nərimanov rayonu ictimaiyyətinin adından təbrik edilmişdir.

28 fevral 2014 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin adından Azərbaycan Yazıçılar Birliyində ilahiyyatçı alim, yazışı-publisist, şair, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, Elmi-Dini Şuranın üzvü, “Kəlam” elmi, ədəbi, publisistik Jurnalının təsisçisi və baş redaktoru Qazi Hacı Mirəziz Seyidzadə 65 illik yubileyi münasibəti ilə yubilyar təbrik edilmiş, ona möhkəm can sağlığı, uzun ömür, könül xoşluğu və ailə səadəti, dini və mənəvi ənənələrimizin qorunub saxlanılması və gələcək nəslə ötürülməsi istiqamətində görülən işlərdə yeni-yeni uğurlar arzulanmışdır.
Hacı Mirəziz Seyidzadə ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir.

Keçidlər