Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisi günü münasibətilə tədbir keçirilmişdir

03 iyul 2012 | 15:00

2 iyul 2012-ci il tarixində Azərbaycan Polisi günü münasibətilə Nərimanov Rayon Polis İdarəsində tədbir keçirilmişdir.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Rayon Polis İdarəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edənlər ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışmış və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulamışlar.
Daha sonra tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirmiş və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırmışdır. Natiq həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Nərimanov Rayon Polis İdarəsin rəisi, polis polkovniki Muradəli Babayevi “Vətən uğrunda” medalı ilə təltif olunması münasibətilə təbrik etmişdir.
Rayon Polis İdarəsinin rəisi M.Babayev bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirdi.
Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin “Fəxri fərmanı” və qiymətli hədiyyələr təqdim edilmişdir.
 

Keçidlər