8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
7 mart 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırmış, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
A.Fərzəliyev milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü istimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğruldduqlarını bildirmişdir.
Natiq eyni zamanda, qadınlarımızın fəallığından söz açarkən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq, xalqımızın zəngin maddi-mənəvi irsinin öyrənilməsində, qədim tariximiz və mədəniyyətimizin təbliğində onlarınmisilsiz xidmətlərinin qadınlarımız tərəfindən örnək kimi qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Adil Əliyevdövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınının yüksək pillələrdə dayandığını, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanaraq ictimai həyatın bütün sahələrində öz sözünü inamla dediyini qeyd etmişdir.
Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilmişdir.
Tədbirə rayonun təhsil, səhiyyə və digər sahələrini əhatə edən idarə,müəssisə və təşkilatlarını, həmçinin ictimai birlikləri təmsil edən qadınlar qatılmışlar.
Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlara Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.