“8 mart – Beynəlxalq Qadınlar günü” münasibəti ilə Nərimanov rayonunda bədii-əyləncəli tədbir keçirilmişdir.
6 mart 2014-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda Nərimanov Rayon Icra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və İnstitutun Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bədii-əyləncəli tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutun rektoru, professor, Millət Vəkili A.Naxçıvanlı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər sektorunun müdiri Z.Əhmədov bütün xanımları təbrik etdilər, bu günün tarixindən, dünyanın bir çox ölkələrində təntənə ilə bayram edilməsindən danışmışlar.
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirlərdə yaxından iştirakına və təhsildə fərqləndiyinə görə bir qrup tələbə mükafatlandırılmışdır. Həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş təqaüd tədbirdə gənc xanım tələbələrə təqdim edilmişdir.
Tədbir çərçivəsində uşaq və yeniyetmələrin rəsm nümunələrindən ibarət sərgi keçirilmişdir.
Sonda incəsənət xadimləri, “Odlar Yurdu” Universitetin və Azərbaycan Müəllimlər İnstitutunun istedadlı tələbələri musiqi proqramı ilə tədbirə rəngarənglik qatdılar.