Nərimanov rayonundakı “N” saylı hərbi hissədə Daxili Qoşunların yaramasının 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Nərimanov rayonundakı “N” saylı hərbi hissəsində Daxili Qoşunların yaramasının 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandan müavini, general-mayor Fəxrəddin Səmədov, Hərbi hissənin komandiri, polkovnik Zəfər Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Azərbaycan Respublikasının Himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliyevin və Daxili Qoşunların ölkəmizin ərazi bütövlüyü və respublikada ictimai sabitliyin qorunması uğrunda şəhid olan əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
İlk öncə çıxış edən hərbi hissənin komandiri, polkovnik Z.Əliyev Daxili Qoşunların yaranmasının 22-ci ildönümü münasibətilə əsgər və zabitləri təbrik etmişdir. Natiq bildirmişdir ki, Azərbaycanın Daxili Qoşunları ölkəmizi həm etibarlı qorumağa, həm də işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun qüdrətinin artırılmasını daim diqqət mərkəzində saxlaması nəticəsində DQ-ın maddi-texniki bazası gündən-günə möhkəmlənir.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədovun Daxili Qoşunların şəxsi heyətinə təbriki oxunmuşdur.
Tədbirdə həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Hərbi hissənin komandiri, polkovnik Zəfər Əliyev, həmçinin hərbi hissənin zabit və əsgərlərə təbriki çatdırılmışdır.
Təbrikdə qeyd olunmuşdur ki, müasir dövrdə Silahlı Qüvvələr hər bir dövlətin müstəqilliyinin və suverenliyinin əsas atributlarından biridir. Yarandığı gündən zamanın sınağından çıxıb bərkiyən, yetkinləşən və yeniləşən Azərbaycan Silahlı Qüvvələri bu gün müstəqil dövlətimizin ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısına çevrilmişdir.
Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf etmişdir. Son on il Daxili Qoşunların fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Cəmiyyətin və dövlətin mənafeyinin, habelə ictimai asayişin mühafizəsində daim sayıq dayanan Daxili Qoşunların əsgər və zabitləri ötən illər ərzində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda davamlı inkişaf prosesi gedir.
Təbrik oxunduqdan sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin adından hərbi hissəyə dəyərli hədiyyə təqdim olunmuşdur.
Daha sonra çıxış edən Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandan müavini, general-mayor Fəxrəddin Səmədov hərbi hissənin əsgər və zabitlərini Daxili Qoşunların yaramasının 22-ci ildönümü münasibətilə təbrik etmiş və respublikada yüksək iqtisadi inkişafın davam etməsində əhəmiyyətli rolu olan ictimai sabitliyin qorunmasında Daxili Qoşunların əvəzsiz xidmətlərini xüsusilə vurğulamışdır.
Yekunda xidmətində fərqlənmiş bir qrup hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılmışdırlar.