Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ilə əlaqədar Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilmişdir.

16 mart 2014 | 16:00

Novruz bayramında əhalinin bazar qiymətlərindən daha ucuz ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması məqsədilə martın 15-dən 20-dək Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanmışdır.
Bununla əlaqədar olaraq Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilmişdir.
Yarmarkada respublikamızın 10 rayonundan gətirilmiş 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, eyni zamanda, bazarlardakından ucuz qiymətə əhaliyə  təqdim olunur.
Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yer müasir standartlara uyğun və qapalı formada təşkil edilmiş, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılmış, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunmuşdur.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri tərəfindənyarmarkanın fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülmüşdür.

Keçidlər