Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlmişdir.
Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Administrasiyasının rəhbəri Kanat Şantimirovun rəhbərlik etdiyi nümayəndə heyətinin 31 mart-1aprel 2014-cü il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuşdur.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin sözügedən nümayəndə heyəti ilə görüşü olmuşdur. Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüşdən sonra nümayəndə heyəti ötən il Nərimanov rayonunda dostluq və qardaşlıq rəmzi olaraq ucaldılmış “Bakı və Həştərxan Dostluğu” abidəsinin yerləşdiyi parka gələrək abidə ilə tanış olmuşdur.