“Cəsurlar” hərbi-idman və turizm oyununun Nərimanov rayon birinciliyi keçirilmişdir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 02 aprel 2014-cü il tarixdə 34 saylı tam orta məktəbin stadionunda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2 «Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi» bəndinin icrasını təmin etmək məqsədi ilə “Cəsurlar” hərbi-idman və turizm oyununun rayon birinciliyi keçirilmişdir.
“Cəsurlar” hərbi-idman və turizm oyununun keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralasında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarətdir.
Yarışda rayonun 19 məktəb komandası tərkibində 133 nəfər məktəbli (onlardan 38 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 304 saylı məktəb-liseyin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 37 saylı məktəbin komandası layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlarlа, medal, kubok və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.