Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə iştirak etmişdir.

04 iyul 2012 | 15:00

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 3-də Heydər Əliyev Mərkəzində rəsmi yolasalma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın Olimpiya hərəkatını əks etdirən fotobannerlər düzülmüşdü.
Səhnədə Azərbaycan Respublikasının dövlət bayrağı qoyulmuşdu.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və Azərbaycanın birinci xanımını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söyləyərək idmançıların Londondan uğurla dönəcəklərinə inamını bildirdi. Prezident həmçinin bundan sonra da idmançılara göstərilən dövlət qayğısının daim davam etdiriləcəyini qeyd etdi.
Daha sonra tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov, Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, İdmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn Həsənov idmana göstərilən diqqətə görə ölkə rəhbərinə təşəkkür etdilər.
Olimpiyaçıların adından çıxış edən boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov Olimpiya oyunlarına yüksək səviyyədə hazırlaşdıqlarını qeyd edərək Vətənə uğurla dönəcəkələrinə and içdi.
Sonra olimpiyaçılar və paralimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpdülər.
Prezident İlham Əliyev idmançılara bir daha uğurlar arzuladı.
Sonda dövlətimizin başçısı və xanımı idmançılarla xatirə şəkli çəkdirdilər.
 

Keçidlər