Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir.
4 aprel 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir.
İclasda Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev son dövr ərzində bütün ölkədə olduğu kimi Nərimanov rayonunda da aparılan geniş quruculuq və abadlıq işləri, infrastruktur və sosial yönümlü layihələr barədə məlumat verərək Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində son dövrdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycanda bütün sahələrin nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığını vurğulamışdır.
İclasın gündəliyində iki əsas məsələyə toxunulmuşdur: Birincisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi aksiyası çərçivəsində Nərimanov rayonunda görülən işlər və ikinci məsələ, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində Nərimanov rayonunda həyata keçirilən tədbirlər.
Birinci məsələ ilə bağlı çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri həyata keçirilir. Bu tədbirlər paytaxtın Nərimanov rayonunda da yüksək səviyyədə təşkil olunur. Ölkə başçısısının tapşırığına uyğun olaraq ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı rayon İcra Hakimiyyətidə aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmışdır. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək səviyyədə təşkil edilməsi və operativ həyata keçirilməsi üçün rayon icra hakimiyyətinin diqqət mərkəzindədir və bu tədbirlər iş qrafikinə əsasən davam etirilir.
Daha sonra gündəlikdə olan ikinci məslə ilə bağlı çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etmişdir ki, 2014-cü ilin ilk 3 ayı ərzində Dövlət Gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində bir sıra tədbirlər, o cümlədən anım mərasimləri, konfranslar, toplantılar və s. həyata keçirilmişdir. Yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi hislərinin yüksəldilməsi, Vətənə məhəbbət, azərbaycançılıq ruhunda tərbiyə edilməsi sahəsində müəyyən işlər görülmüşdür. Böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da atırmaq, məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması məqsədi ilə «Cəsurlar», «Şahin» hərbi-idman oyunları, «Vətənin müdafiəsinə hazıram» devizi altında çoxnövçülük yarışları keçirilmiş, orta ümumtəhsil məktəblərində vətənpərvərlik tərbiyəsinin və milli mənəvi dəyərlərin yüksəldilməsi məqsədi ilə görüşlər və bir sıra tədbirlər keçirilmişdir.
Yekunda qeyd olunmuş məsələlər ətrafında müzakirələr aparıldıqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səhiyyənin inkişafı və gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirakı istiqamətində ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasət nəticəsində bu sahələrin bütün respublika ilə yanaşı, həmçinin Nərimanov rayonunda daha da inkişaf edəcəyinə əminliyini bildirərək mövcud problemlərin həlli və əldə olunan nəticələrin möhkəmlənməsi üçün müvafiq göstəriş və tapşırıqlarını vermişdir.