Nərimanov rayonunda yeni piyada keçidinin tikintisi tamamlanmaq üzrədir.
12 aprel 2014 | 15:00
Bakının Nərimanov rayonunda, Atatürk prospektində yerləşən yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir.
Keçidin uzunluğu 80 m, eni 3,5 m, hündürlüyü 6,5 m olacaq. Keçiddə hər tərəfdə ikisi olmaqla 4 eskalator quraşdırılacaq.
Keçiddə işlərin 90%-i yerinə yetirilib. Hazırda tavanın və elektrik sisteminin quraşdırılması işləri gedir. Bundan sonra döşəmə yanmış qranitlə üzlənəcək. Tikinti işləri yekunlaşdıqdan sonra ətraf ərazi abadlaşdırılacaqdır.