Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Avrasiya Universitetində yubiley tədbiri keçirilmişdir.

07 iyul 2012 | 15:00

Azərbaycan təhsil sistemində öz uğurları ilə hər zaman fərqlənən Bakı Avrasiya Universitetinin 20 ili tamam oldu. Yubiley ərəfəsində silsilə tədbirlər, elmi-praktik konfranslara start verən Bakı Avrasiya Universitetinin bir qrup əməkdaşı, professor-müəllimi təhsil naziri Misir Mərdanovun əmri ilə fəxri fərmanlar və "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanları ilə mükafatlandırıldı. Mükafatların təqdim edilməsində iştirak edən Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və baş mütəxəssisi İlyar Vahabov universitetin müəllim, professor və tələbələri qarşısında çıxış edərək Bakı Avrasiya Universitetinin keçdiyi şərəfli 20 illik tarixindən danışdılar, bu təhsil ocağına uğurlar dilədilər. İ.Pirməmmədov çıxışında qeyd etdi ki, təhsilin keyfiyyəti, fəaliyyətin düzgün qurulması, sağlam iş şəraitinin yaradılması universitet rəhbərliyindən birbaşa asılıdır. Bakı Avrasiya Universiteti həm keçmişi, həm də bu günü ilə ölkəmizdə adı hörmətlə çəkilən, nüfuz qazanan universitetlər arasında birincilər sırasındadır.
Daha sonra İlham Pirməmmədov universitetin rektoru, professor Nazim Hüseynlini, professor-müəllim heyətini və tələbələri ali təhsil müəssisəsinin 20 illik yubileyi münasibəti ilə təhsil naziri Misir Mərdanovun və nazirliyin bütün kollektivi adından təbrik etdi. Universitetin mükafatlara layiq görülmüş professor və müəllim heyətinə uğurlar arzuladı.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun əmri ilə universitetin 7 əməkdaşı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına, 14 nəfər isə fəxri fərmanlara layiq görülüb.
 

Keçidlər