Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda vətəndaşların icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası davam etdirilir.

22 aprel 2014 | 15:00

Ölkəmizin hərtərəfli inkişafı istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş vüsət alan köklü islahatlar nəticəsində Azərbaycanda səhiyyə sektorunun da inkişafına ciddi təkan verilmişdir.
Əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısıının tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Nərimanov rayonunda da uğurla aparılır.
21 aprel 2014-cü il tarixdə rayon ərazisində yerləşən 37 nömrəli şəhər  poliklinikasında həyata keçirilmiş növbəti müayinə zamanı yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək tibbi müayinədən keçmişlər. Müayinədən keçənlər arasında təkrar tibbi müayinədən keçənlər də olmuş və onlarda əvvəlki müayinə zamanı aşkar olunmuş xəstəliklərinin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
37 nömrəli şəhər poliklinikasının baş həkimi Təranə Məmmədova poliklinikanın yerləşdiyi ərazi üzrə ümumilikdə 2856 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 360 nəfərə ambulator, 26 nəfərə stasionar müalicə təyin edildiyini bildirmişdir.
Fevralın 17-dən etibarən artıq rayon üzrə 54604 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 7029 nəfərə ambulator, 172 nəfərə stasionar müalicə təyin edilmişdir.
Müayinədən keçən vətəndaşlar ölkə başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılayaraq onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişdir.

Keçidlər