Nərimanov rayonun gənci Günay Bədəlova III “Univision” tələbə mahnı müsabiqəsinin qalibi olmuşdur.
21 aprel 2014-cü il tarixdə Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən III “Univision” tələbə mahnı müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Finalda 14 iştirakçı - “ADA” Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri çıxışlarını təqdim etmişlər.
Səsvermə hüququna malik olan 22 ali təhsil müəssisəsinin səs sayının nəticələrinə əsasən I yeri Nərimanov rayonunda yerləşən “ADA” Universitetinin tələbəsi Günay Bədəlova tutmuşdur.
Qeyd edək ki, finalda iştirak edən 14 ali təhsil müəssisəsinin 5-i Nərimanov rayonunda yerləşir.