Nərimanov rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
30 aprel 2014 | 15:00
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən təmir–bərpa işlərinin aparılması, yeni qaz xəttlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz kəmərlərində texniki xidmət işlərinin aparılması və digər profilaktik işlərlə ilə əlaqədar olaraq 30 aprel tarixində respunlikanın bəzi rayonlarının bir hissəsinə təbii qaz məhdudiyyətlərlə veriləcək.
Həmçinin yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar saat 11:00-dan 12:30-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaqdır.