Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda vətəndaşların icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası davam etdirilir.

01 may 2014 | 15:00

Bütün sahələrdə olduğu kimi, ölkəmizdə səhiyyə sektorunun da inkişafı istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi ilə bağlı mühüm işlər görən, əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısıının tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Nərimanov rayonunda da yekunlaşmaq üzrədir.
Rayonda tibbi müayinənin mütəşəkkil həyata keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirmişdir. 
Tibbi müainələr rayon ərazisində fəaliyyət göstərən müasir standartlara cavab verən yüksək səviyyəli tibbi avadanlıqlarla təchiz edilmiş 9 poliklinikada həyata keçirilmişdir. Aksiya başlanandan ötən müddət ərzində müayinədən keçənlər arasında təkrar tibbi müayinədən keçənlər də olmuş və onlarda əvvəlki müayinə zamanı aşkar olunmuş xəstəliklərinin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
30 aprel 2014-cü il tarixdə rayon ərazisində yerləşən 4 nömrəli şəhər  poliklinikasında həyata keçirilmiş növbəti müayinə zamanı yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək tibbi müayinədən keçmişlər.
4 nömrəli şəhər poliklinikasının baş həkimi Leyla Əhmədova poliklinikanın yerləşdiyi ərazi üzrə ümumilikdə 13200 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 628 nəfərə ambulator, 120 nəfərə stasionar müalicə təyin edildiyini bildirmişdir.
Fevralın 17-dən etibarən artıq Nərimanov rayonu üzrə 71395 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 8744 nəfərə ambulator, 220 nəfərə stasionar müalicə təyin edilmişdir.
Ölkə başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılayan müayinədən keçmiş vətəndaşlar onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər