Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda yerləşən “Bakı Avrasiya” Universitetinin tələbələri ilə görüş keçirilmişdir.

30 aprel 2014 | 15:00

 29 aprel 2014-cü il tarixdə “Bakı Avrasiya” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasovun Universitetin fəal tələbələri ilə görüşü keçirilmişdir.
  Görüşdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Y.Babanlı, “Bakı Avrasiya” Universitetinin prorektoru G.Hüseynli, “Bakı Avrasiya” Universitetinin dekanı Ə.Yunusov, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və universitetin fəal tələbələri iştirak etmişlər.
  Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov ilk öncə universitetin rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirmiş, iştirakçılara rayon haqqında geniş məlumat vermiş, 2014-cü ilin ilk 3 ayı ərzində idarə tərəfindən görülmüş işlərdən danışmış və çıxışçılara söz vermişdir.
  Sonra çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Y.Babanlı, “Bakı Avrasiya” Universitetinin prorektoru G.Hüseynli , “Bakı Avrasiya” Universitetin Tələbə-Gənclər Təşkilatının sədri K.Məhəmmədli Nərimanov rayonunda Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışdılar.  
  Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov Dövlət Gənclər Siyasəti, kütləvi bədən tərbiyəsi və idman siyasəti sahələri üzrə görülmüş və görüləcək tədbirlər haqqında geniş məlumat vermiş və gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Sonda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış “Bakı Avrasiya” Universitetinin 11 fəal tələbəsinə təhsilində və ictimai fəaliyyətində fərqləndinə görə fəxri fərman verilmişdir

Keçidlər