Bakının Nərimanov rayonunun su təminatında məhdudiyyətlər olacaqdır
Azərbaycan paytaxtının bir sıra ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, Bakı şəhəri F.X.Xoyski küçəsində 500 mm diametrli polad siyirtmənin yerinin dəyişdirilməsi ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Vaqif prospekti, C.Hacıbəyli, Xan Şuşinski, M.Qaşqay, Bakıxanov küçələrinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər tətbiq ediləcəkdir.
Bununla yanaşı, Bakı şəhəri Yasamal rayonu ərazisində 800 mm diametrli polad borunun yerinin dəyişdirilməsi ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə gün ərzində içməli suyun verilməsində fasilələr olacaqdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.