Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının nümayəndə heyəti Nərimanov rayonunda olmuşlar.

30 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazırliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının nümayəndə heyəti Nərimanov rayonunda olmuşlar.
Qonaqları Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov qəbul etmiş, qonaqlara rayon, rayonda fəaliyyət göstərən idmançılar və idman qrupları haqqında məlumat verilmişdir. İdarə rəisi bildirmişdir ki, rayon ərazisində 10 ali təhsil müəssisəsinin əsas korpusu, 3 ali təhsil müəssisəsinin köməkşi korpusu, 5 orta ixtisas təhsil müəssisəsi, 22 dövlət, 4 özəl orta ümumtəhsil müəssisəsi, 6 uşaq - gənclər idman məktəbi, 20-dən çox iri idman qurğusu fəaliyyət göstərir. Ümumilikdə rayon ərazisində 20 min tələbə, 22500 şagird təhsil alır, 21 min uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. həmçinin qonaqlar rayon ərazisində fəaliyyət göstərən Bakı Modern Məktəbində də olmuşlar. Qonaqlara məktəbin idman qurğuları və tədris prosesi haqqında məlumat verilmişdir.
Qonaqlar rayonumuzdan xoş təəssuratla ayrılmışlar.

Keçidlər