Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon komandası “Şahin” hərbi-idman oyununun Bakı şəhər çempionu adını qazanmışdır.

04 may 2014 | 15:00

3 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.
  Gənclər və İdman, Təhsil, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrinin və məktəb şagirdlərinin valideynlərinin iştirak etdikləri tədbirdə BŞGİBİ-nin rəisi R.Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Ə.Məmmədov, liseyin rəhbərliyi çıxış edərək gənc nəslin xalqa, dövlətə sədaqət ruhunda yetişməsində, onların mənəvi-psixoloji və fiziki hazırlığında, komanda düşüncə tərzinin təbliğində, vətənpərvərlik hisslərinin aşılanmasında, sabahın əsgər və zabitlərinin formalaşmasında ənənəvi “Şahinlər” hərbi-idman oyununun əhəmiyyətindən danışmışlar.
  Natiqlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini qeyd etmiş, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu vurğulamışlar.
Yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərindən komandalar birincilik uğrunda mübarizə aparmışlar. Yekun nəticələrə əsasən Nərimanov rayon komandası I yeri, Nizami rayon komandası II yeri və  Yasamal rayon komandası III yeri tutmuşlar. 
  Yarışda ilk üç yeri tutan komandalar C.Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər