Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirilmişdir.
6 may 2014-cü il tarixdə xalqımızın Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rayonda təşkil edilən silsilə tədbirlər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiayası (YAP) Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə təşkilatın qərargahında qanvermə aksiyası keçirilmişdir.
Rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq qanvermə aksiyasında iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmuşlar .
Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə bir qayda olaraq müayinədən keçmiş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir.
Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.