Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

07 may 2014 | 15:00

Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müəyyən fiziki və əqli məhdudiyyətləri olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, rayon rəhbərliyi, Heydər Əliyev Fondunun nümayəndələrinin və rayon ərazisində yerləşən təhsil müəssisələrinin müəllim və şagirdləri, şəhid ailələrinin və qaçqın və məcburi köçkün ailələrin uşaqları iştirak etmişlər.
Tədbirdə çixiş edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 10 il əvvəl zəmanənin diktə etdiyi zərurətdən yaranan, cəmiyyətə layiqli töfhə olan bir sıra layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun misilsiz xidmətləri barədə söz açmış, Fondun cəmiyyətin ən müxtəlif sahələrində yüksəliş və tərəqqiyə xidmət edən çoxşaxəli fəaliyyətinin əsasında insanlara təmənnasız yaxşılıq amalının dayandığını bildirmişdir.
  A.Fərzəliyev qeyd etmişdir ki, Heydər Əliyev Fondunun məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Fond ümummilli liderin ideyalarından çıxış edərək ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Qarşıya qoyduğu bu kimi məqsədlərlə cəmiyyətin mənəvi yüksəlişinə, saflaşmasına çalışan fond nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazanmışdır.
Natiq xüsusi olaraq vürğulamışdır ki, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin inkişafına layiqli töfhələrini vermiş Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri həm də Azərbaycanın dünya miqyasında tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına, həmçinin respublikamızın beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət edir. Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.
Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun ölkəmizdə gördüyü nəhəng işlərin bir hissəsi Nərimanov rayonu ilə bağlıdır.  Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Kor və zəif görən Uşaqlar üçün Respublika internat məktəbinin, onun nəzdində musiqi məktəbinin, Zərifə Əliyeva adına uşaq bağçasının, 6 saylı uşaq poliklinikasının, “Ankara” məktəbinin, Psixonevroloji uşaq evinin yeni tikilən korpusunun, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin və məktəb kompleksinin açılışları Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətə  ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının bariz nümunəsidir.
Həmçinin A.Fərzəliyev Heydər Əliyev Fondu tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı sosial və humanitar layihələrdən danışmışdır.
A.Fərzəliyev istər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, istərsə də  Leyla xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin, ilk növbədə, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə yürütdüyü məqsədyönlü siyasətə əməli dəstəyin ifadəsi olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən Milli Məclisin deputatları qeyd etmişlər ki, Heydər Əliyev Fondunun paytaxtımızda təşkil etdiyi beynəlxalq tədbirlərin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Son illər UNESCO, İSESCO, UNİSEF və digər beynəlxalq qurumlarla birgə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir. Həmin tədbirlərdə dini-etnik ayrı-seçkiliyin, gender bərabərsizliyinin, savadsızlığın aradan qaldırılması məsələləri, habelə səhiyyə, elm, təhsil, mədəniyyət sahələrində qlobal problemlərin ətraflı müzakirə olunduğu bildirilmişdir.
Tədbirin bədii hissəsi tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər