Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.
9 may 2014-cü il tarixdə Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilmişdir.
Tədbirə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti, həmçinin fəal gənclər qatılmışlar.
Yüksək fəallıqla keçən aksiyada ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənərək, burada İtaliyadan gətirilmiş 600-ə yaxın Leylandra növlü ağaclar əkilmişdir.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda davam etdirimişdir.