Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə təntənəli bayram konserti keçirilmişdir.

10 may 2014 | 15:00

9 may 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azad Azərbaycan Televiziyası kanalının birbaşa yayımı  ilə “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə təntənəli bayram konserti keçirilmişdir.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, şəhər sakinlərinin qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı təqdim edilmişdir.
Bayram ab-havasını əks etdirən xüsusi geyimli gənc fəalların konsertin gedişatı boyunca üçrəngli bayraqlarımızı dalğalandırması tamaşaçılarda ruh yüksəkliyi yaradaraq böyük coşqu ilə qarşılanmışdır.
Konsert proqramını daha baxımlı və rəngarəng etmək üçün səhnədə xüsusi işıqlandırma və lazer şousu nümayiş etdirilmişdir.
Gecəyədək davam edən konsert proqramını izləyən sakinlər və qonaqlar zəngin təəsüratlarla ayrılmışlar.
Sonda ənənəvi olaraq möhtəşəm atəşfəşanlıq olmuşdur.

Keçidlər