Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

10 iyul 2012 | 15:00

İyulun 7-8-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından daxil olmuş 36,5 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən gətirilmiş 12 min ədəd yumurta satılıb qurtarmaq üzrədir.
Daha çox meyvə mövsümü olduğundan alıcılar ərik, gilas, alça, gavalı, şaftalı, gilənar, qarağat və digər məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirdilər. Bununla yanaşı, paytaxt sakinləri həmişə olduğu kimi, budəfəki yarmarkada da ət, süd məhsulları, yumurta, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur və s. kənd nemətlərini həvəslə alırdılar. Alıcılar digər məhsullarla yanası, yay mövsümündə daha çox tələbat duyulan göyərtinin və ağartı məhsullarının da təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-35 faiz ucuz qiymətə təklif olunmasından razılıq edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
 

Keçidlər