Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda inşa olunmuş “Мечта” uşaq şəhərciyində olmuşdur.
Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyəti və Həştərxan qubernatorluğunun rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyev Fondu tərəfindən yaradılan “Мечта” uşaq şəhərciyində olmuş, orada kimsəsiz uşaqlarla görüşmüşlər.
Uşaqlar Heydər Əliyev Fondu tərəfindən yaradılan və 2013-cü ilin dekabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı baş tutan “Мечта” uşaq şəhərciyində Azərbaycan nümayəndə heyətini şeirlərlə qarşılamışlar.
Xatırlatmaq istərdik ki, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılmış, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılmışdır. Layihəyə əsasən ərazidə yumşaq örtüklü, xüsusi tərtibatı ilə seçilən uşaq meydançası yaradılmış, uşaqların və sakinlərin istirahəti üçün lazım olan bütün şərait yaradılmışdır. Burada xarici görkəmi və orijinal tərtibatı ilə diqqəti cəlb edən müxtəlif növ fiqurlardan ibarət heykəltaraşlıq nümunələri qoyulmuşdur. Parkda əyləncə qurğuları, kölgəliklər quraşdırılmış, uşaq oyun kompleksləri düzəldilmiş, parkdaxili piyada yolları salınmışdır.
Sonra uşaqlara Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyev Fondu adından və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin isə vilayətin administrasiyası adından hədiyyələri təqdim edilmişlər.