Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbi ziyarət etmişlər.
Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərinə rəsmi səfər çərçivəsində Həştərxanda Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan və yeni korpusları inşa edilmiş Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə olmuşlar.
Məktəbdə Heydər Əliyevin büstü ziyarət edildikdən sonra şagirdlərlə görüş keçirilmişdir. Görüşdə təhsildə fərqlənən şagirdlərə Heydər Əliyev Fondu adından növbəti təqaüdlər təqdim olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı aprel-may aylarında məktəb şagirdləri arasında müxtəlif istiqamətlər üzrə keçirilən müsabiqələrin qalibləri mükafatlandırılmışlar. Mükafatları Heydər Əliyev Fondun adından fondun nümayəndəsi İlqar Mustafayev təqdim etmişdir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəb Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə yenidən qurulmuş və iki yeni korpusu tikilmişdir. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşmişdir. Məktəbin bütün otaqları lazımi avadanlıqlarla təchiz olunmuşdur.