Nərimanov rayonunda yerləşən Azərbaycan Turizm İnstitutunun tələbələri ilə görüş keçirilmişdir.
20 may 2014-cü il tarixdə Azərbaycan Turizm İnstitutunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Turizm İnstitutunun Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə İnstitutun fəal tələbələri ilə görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Turizm İnstitutun rektoru C.Cəfərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov, Azərbaycan Turizm İnstitutun prorektoru E.Aslanov, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, institutun müəllim heyəti və fəal tələbələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov ilk öncə institutun rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirmiş, iştirakçılara rayon haqqında geniş məlumat vermiş, 2014-cü ilin ilk 3 ayı ərzində idarə tərəfindən görülmüş işlərdən danışmış və çıxış edənlərə söz vermişdir.
Sonra çıxış edən Azərbaycan Turizm İnstitutun rektoru C.Cəfərov, Azərbaycan Turizm İnstitutun prorektoru E.Aslanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov, Azərbaycan Turizm İnstitutun Tələbə-Gənclər Təşkilatının sədri A.Ağamirov Nərimanov rayonunda Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışdılar. Daha sonra gəncləri maraqlandıran sualları cavablandırılmışdır.
Sonda Azərbaycan Turizm İnstitutun 12 fəal tələbəsinə təhsilində və ictimai fəaliyyətində fərqləndiyinə görə fəxri fərman verilmişdir.