Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Nərimanov rayon gənclərinin toplantısı keçirilmişdir.

24 may 2014 | 15:00

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 23 may 2014-cü il tarixdə saat 11.00-da Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Nərimanov rayon gənclərinin toplantısı keçirilmişdir.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad etdilər.
Тədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İ.Mahmudova və İ.Mirzəyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri N.Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri T.Tağıyev, Azərbaycan Tələbə - Gənclər Təşkilatı İttifaqının sədri Ş.İsmayılov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Y.Babanlı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri G.Səfərova, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri iştirak edərək çıxış etmişdilər.
Tədbiri giriş sözü ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov İdarənin Respublika Gənclərinin VI Forumundan keçən müddətdə görülmüş işlər haqqında məruzə etdi. Məruzədə 2011-2014-cü illər ərzində idarə tərəfindən Dövlət Gənclər Siyasəti və idman sahələrində keçirilmiş tədbirlər haqqında məlumat verilmişdir.
Sonra çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri G.Səfərova, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Y.Babanlı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri N.Mehdiyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov öz çıxışlarında təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçiliyimizin tərəqqisi, xalqımızın rifah halının yaxşılaşdırılması, demokratik cəmiyyət quruculuğu, bütün sahələrdə geniş islahatların yolu bu gün də möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam və inkişaf etdirilməsindən danışdılar.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz çıxışında bildirmişdir ki, bu gün bütün sahələrdə inkişafın təməli olan sabitliyin, əmin – amanlığın yaranmasının, müasir dövlətçiliyimizin memarı, Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Onun bizlərə olan tövsiyyələri xalqımızın milli ideologiyasının və hələ neçə illər gənc nəslin formalaşdırılmasında müstəsna rolu olacaqdır. Respublikamızda ilk dəfə 1996-cı ildə keçirilən I Forumda, daha sonra 1999-cu ildə keçirilən II Forumda Ulu Öndərin şəxsi iştirakı və geniş məzmunlu çixişindan sonra Dövlət Gənclər Siyasəti xeyli inkişaf etmiş, gənclərə diqqət və qayğı artmışdır. 2003-cü ildə keçirilən III, 2005-ci ildə - IV, 2008-ci ildə - V və 2011-ci ildə keçirilən VI forumlarından sonra isə bu inkişaf daha da sürətlənmişdir. Sonda A.Fərzəliyev Azərbaycan Gənclərinin VII Forumuna rayondan seçilmiş nümayəndələrə uğurlar arzulamışdır.
Daha sonra toplantı iştirakçıları adından hörmətli prezidentimiz cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunmuşdur.
Sonda Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində xidmətləri olan gənclər mükafatlandırılmışdır.

Keçidlər