Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonu yenə də birinci oldu.

27 may 2014 | 15:00

Azərbaycan Futbol Federasıyaları Assosasiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Coca-Cola şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Coca-Cola Məktəbli Kuboku” turnirində final oyunu keçirilib. Hövsan Olimpiya İdman Kompleksində təşkil olunmuş final qarşılaşmasında Nərimanov rayonunun komandası ilə Bərdə rayonunun komandası üz-üzə gəlib. Nərimanov rayon komandası 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb. Sabirabad rayonunun komandası isə turnirdə 3-cü yer tutub.
  Nərimanov rayon komandası turnirin qalibi olması üçün 8 rayonun komandalarına böyük fərqlə qalib gələrək turnirdən kənarlaşdırmışdır.
  "Coca-Cola Məktəbli Kuboku" turnirinin cari mövsümünə 2013-cü ilin sentyabrında start verilmişdi. Turnir Azərbaycanın 74 rayonunun şəhər və kənd məktəblərini əhatə edib.
2011-ci ildə “Coca-Cola Məktəbli Kuboku” layihəsinə dəstək məqsədilə “Coca-Cola” şirkəti ilə AFFA və Təhsil Nazirliyi arasında 5 illik əməkdaşlıq sazişi imzalanıb. Bu yarışda Azərbaycanın bütün regionlarından, o cümlədən Naxçıvan Muxtar Respublikasından hər il ümumilikdə 300 min məktəbli iştirak edir. Layihə 7-ci və 9-cu siniflər arasında keçirilir. Layihənin əsas məqsədi Azərbaycan gəncləri arasında aktiv və sağlam həyat tərzini və futbolu geniş yaymaqdır. Yarışın vacib xüsusiyyətindən biri də odur ki, hər komandada ən azı 1 qız oyunçu olmalıdır

Keçidlər