"28 may - Respublika Günü"nə həsr olunmuş bayram konserti keçirilmişdir.
28 may 2014 | 15:00
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və Azad Azərbaycan Televiziyası ilə birgə təşkilatçılığı ilə Nərimanov rayonunun mərkəzi parkında "28 may - Respublika Günü"-nə həsr olunmuş "Azərbaycan gəncliyi və dövlət müstəqilliyimiz" adlı mədəni-kütləvi tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, şəhər sakinlərinin qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı təqdim edilmişdir.