Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonu Bakı şəhər məktəblilərinin XXVI spartakiadasinin qalibi oldu.

07 iyun 2014 | 15:00

Bakı məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), basketbol (qızlar və oğlanlar), mini-futbol, "Cırtdan" və güllə atıcılığı növləri üzrə keçirilən yarışlardan sonra Nərimanov rayonu ümumi hesabda qalib olmuşdur.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən yarışların nəticəsinə görə Nərimanov rayonu 49 xalla I yeri, Nizami rayonu 50 xalla II yeri, Qaradağ rayonu 57 xalla III yeri, Xətai rayonu 60 xalla IV yeri, Suraxanı rayonu 71 xalla V yeri, Səbail rayonu 71 xalla VI yeri, Xəzər rayonu 74 xalla VII yeri, Sabunçu rayonu 80 xalla VIII yeri, Binəqədi rayonu 93 xalla IX yeri, Yasamal rayonu 98 xalla X yeri və Nəsimi rayonu 129 xalla XI yeri tutmuşlar.

 

Keçidlər